Əsas məzmuna keç

Pezeşkian müsəlman ölkələrini iqtisadi əməkdaşlığı gücləndirməyə çağırdı

Pezeşkian müsəlman ölkələrini iqtisadi əməkdaşlığı gücləndirməyə çağırdı

İran lideri Məsud Pezeşkian İslam Əməkdaşlıq Təşkilatının 57 üzv dövlətini ticarət əlaqələrini dərinləşdirməyə və enerji resurslarını birgə inkişafa çağırıb.

en ru

İran Prezidenti ölkələri arasında iqtisadi əməkdaşlığın yetərli olmadığını bildirərək vəziyyətin dəyişdirilməsinə çağırıb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

İran Prezidenti bildirib ki, müsəlman ölkələri arasındakı ixracın payı cəmi 19 faiz təşkil edir.

Onun sözlərinə görə, bu, müsəlman əhalinin çoxluq təşkil etdiyi ölkələrin ixracının 80 faizdən çoxunun hələ də İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrdən kənara yönəldiyini göstərir.

Pezeşkian bu səbəbdən İslam Əməkdaşlıq Təşkilatının 57 üzv dövlətini iqtisadi əməkdaşlığı gücləndirməyə çağırıb.

İran lideri qeyd edib ki, bu ölkələr mühüm dəniz və quru yollarının mərkəzində yerləşir, böyük resurslarına, gənc əhaliyə və geniş bazara malikdir.

Pezeşkian fikir ayrılıqlarına baxmayaraq, İƏT üzvlərini əməkdaşlığa çağırıb.

Onun sözlərinə görə, heç bir müsəlman ölkəsi öz təhlükəsizliyini qonşu dövlətlərin hesabına gücləndirməməli, dövlətlərin ərazilərindən isə digər müsəlman ölkələrinin maraqlarına zidd məqsədlər üçün istifadə edilməməlidir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…