Əsas məzmuna keç

Məsud Pezeşkian Ermənistana səfər edəcək

Məsud Pezeşkian Ermənistana səfər edəcək

İran prezidenti İrəvanda yüksək səviyyəli görüşlər keçirəcək. Səfər çərçivəsində regional əməkdaşlıq və ikitərəfli münasibətlərin inkişafı müzakirə ediləcək.

en ru

İran Prezidenti oktyabrın 16-da Ermənistana qısamüddətli səfər edəcək.

“Operativ Məlumat Mərkəzi-OMM” xarici mediaya istinadən xəbər verir ki, bu barədə İran Xarici İşləır Nazirliyinin (XİN) rəsmi nümayəndəsi İsmayıl Bəqai bildirib.

Onun sözlərinə görə, İran prezidenti BMT-nin Bioloji Müxtəliflik haqqında Konvensiyasının Tərəflər Konfransının 17-ci iclasında (CBD ) iştirak edəcək.

Baqai qeyd edib ki, konfrans çərçivəsində Pezeşkianın tədbirə qatılan bir sıra ölkələrin liderləri ilə danışıqlar aparması və fikir mübadiləsi nəzərdə tutulub.

CBD COP17 bu il oktyabrın 19-dan 30-dək İrəvanda keçiriləcək, hazırlıq tədbirləri və "Yaşıl Zona" isə 2026-cı il oktyabrın 18-dən başlayacaq.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…