Əsas məzmuna keç

Narışkin Moskvada CIA direktoru ilə görüşdüyünü təsdiqlədi

Narışkin Moskvada CIA direktoru ilə görüşdüyünü təsdiqlədi

Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin və ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) rəhbəri Con Retkliff arasında Moskvada keçirilən görüşün detalları açıqlanıb.

en ru

Xarici Xidmətinin (SVR) direktoru Sergey Narışkin ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) rəhbəri Con ilə Moskvada keçirdiyi görüşü təsdiqləyib.

“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, bu barədə “RIA Novosti” məlumat yayıb.

Narışkin jurnalistlərə açıqlamasında görüşün baş tutduğunu təsdiqləyib və bunun qeyri-adi hal olmadığını bildirib.

SVR rəhbərinin sözlərinə görə, görüş zamanı kəşfiyyat xidmətlərinin birbaşa səlahiyyətlərinə aid olan bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Narışkin kəşfiyyat orqanlarının fəaliyyət sahəsinin həssas və xüsusi xarakter daşıdığını vurğulayıb. O, bu cür təmasların kəşfiyyat rəhbərlərinin gündəlik fəaliyyətinin ayrılmaz hissəsi olduğunu qeyd edib.

Xatırladaq ki, Con Retkliff avqustun 25-də səhər saatlarında Rusiyaya səfər edib.

ABŞ Prezidenti Tramp CIA rəhbərinin səfərini “adi, rutin bir səfər” kimi xarakterizə edib və hadisəyə böyük siyasi əhəmiyyət verilməməli olduğuna işarə edib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…