Operativ Məlumat Mərkəzi

İsraildə etiraz aksiyası keçirilib

1 dəq
Paylaş:
İsraildə etiraz aksiyası keçirilib

İsraildə Benyamin Netanyahunun iqamətgahı qarşısında etiraz aksiyası keçirilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, aksiyada yüzlərlə şəxs iştirak edib.

, hökumətini HƏMAS tərəfindən girovları azad etməyə çalışmamaqda ittiham ediblər. Onlar, ölkədə növbədənkənar seçkilərin keçirilməsini və Netanyahunun vəzifədən getməsini tələb ediblər.

Nümayişçilərin bir qismi etiraz olaraq iqamətgah qarşısında tonqal qalamağa cəhd edib. Bundan sonra polislə etirazçılar arasında toqquşma yaşanıb. Polis nümayişlərdə iştirak edən 2 nəfərin həbs edildiyini açıqlayıb.

Bu erirazlar HƏMAS-ın saxladığı girovlardan biri olan amerika yəhudisi Herş Qoldberq-Polinin videosunu yayımlamasından qısa müddət sonraya təsadüf edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax