İsrail HƏMAS-a qarşı mübarizədən əl çəkməyib və bu təşkilatı tamamilə məhv etmək niyyətindədir.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə İsrailin baş naziri Benyamin Netanyahu açıqlama verib.
Netanyahu bildirib ki, İsrail təhlükəsizliyini təmin etmək üçün HƏMAS-ın hərbi və inzibati strukturlarının tam şəkildə sıradan çıxarılması məqsədilə əməliyyatları davam etdirəcək.
Baş nazir qeyd edib ki, bu proses “sonadək” aparılacaq və ölkə rəhbərliyi bu məsələdə tam qərarlıdır.