İsrailin Baş naziri Binyamin Netanyahu HƏMAS-ı tamamilə məhv etməyə dair qətiyyətli olduqlarını bəyan edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
“Biz tam qələbə qazanmaq üçün qətiyyətliyik . Bu qələbə uzun illər bizim həyatımızı müəyyən edəcək”, - o bildirib.
Netanyahu qeyd edib ki, İsrailə “əl qaldıran” hər kəs artıq bədəl ödəyəcəyini bilir.
10 oktyabr 2025-ci il tarixində İsrail ilə radikal islamçı təşkilat HƏMAS arasında saat 12:00-dan (yerli vaxt — Moskva vaxtı ilə üst-üstə düşür) atəşkəs barədə razılaşma qüvvəyə minib.