Qəzza zolağı üzrə Sülh Şurasının ali nümayəndəsi Nikolay Mladenov humanitar yardımın çatdırılmasında yaranan yeni problemlər fonunda anklavda səlahiyyətlərin xüsusi yaradılmış texnokratlar komitəsinə mümkün qədər tez verilməsinə çağırıb.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb
O bildirib ki, İsrailin Ərazilərdə Hökumət Fəaliyyətlərinin Koordinasiyası İdarəsindən (COGAT) məktub alıb.
Məktubda HƏMAS hərəkatının təhdidləri səbəbindən Qəzzaya özəl sektor vasitəsilə malların tədarükünün əlaqələndirilməsinin dayandırıldığı qeyd olunub.
Mladenov bu vəziyyəti qəbuledilməz adlandırıb:
"Hazırkı hadisələr Beynəlxalq Sabitləşdirmə Qüvvələrinin dəstəyi ilə Qəzzanın İdarə Edilməsi üzrə Milli Komitənin fəaliyyətə başlamasının nə üçün təcili olduğunu göstərir. Mülki əhaliyə çatdırılan mallar, humanitar yardım və kommersiya fəaliyyəti kənar müdaxilələrdən, təzyiqlərdən və sui-istifadələrdən qorunmalıdır. Bütün tərəflər Sülh Şurası ilə əməkdaşlıq etməli və BMT Təhlükəsizlik Şurasının 2803 saylı qətnaməsi ilə dəstəklənən hərtərəfli planın həyata keçirilməsini gecikdirmədən təmin etməlidirlər".
O əlavə edib ki, tacirlərin hədələnməsi və tədarük zəncirlərinə müdaxilə Qəzzada dinc əhalinin əzablarını daha da artırır.