Əsas məzmuna keç

BMT: Sudanda köçkünlərin sayı 2.8 milyona çatıb

BMT: Sudanda köçkünlərin sayı 2.8 milyona çatıb

Birləşmiş Millətlər Humanitar Məsələlərin Koordinasiya Ofisi (OCHA) Sudanda münaqişənin başladığı 15 apreldən bəri topladıqları məlumatları paylaşıb....

Təşkilatı Sudanda münaqişə başlayandan bəri 2,8 milyon insanın didərgin düşdüyünü açıqlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici mediaya istinadən xəbər verir ki, Birləşmiş Millətlər Humanitar Məsələlərin (OCHA) Sudanda münaqişənin başladığı 15 apreldən bəri topladıqları məlumatları paylaşıb.

Yazılı açıqlamada Sudanda son 11 həftədə 15 işçisinin həyatını itirdiyi bildirilib.

Sudanda 2,8 milyon insanın didərgin düşdüyünə diqqət çəkən bəyanatda 2,2 milyon insanın məcburi köçkün olduğu, 615 min insanın isə qonşu ölkələrə köç etdiyi bildirilib.

Açıqlamada bütün çətinliklərə baxmayaraq, 2,5 milyondan çox insana xilasedici yardımın çatdırıldığı bildirilib.

Yerli hakimiyyət orqanları Sudanda can itkisinin 1133-ə , 11 min 796 nəfərin yaralandığı haqqında məlumat verib.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…