Əsas məzmuna keç

BMT Cənubi Sudandakı missiyasının müddətini uzadıb

BMT Cənubi Sudandakı missiyasının müddətini uzadıb

BMT Təhlükəsizlik Şurası Cənubi Sudandakı sülhməramlı missiyanın fəaliyyətini davam etdirməsinə qərar verib.

en ru

BMT ( Təşkilatı) Sudandakı missiyasının ("UNMISS") müddətini daha bir il artırmaq barədə qərar qəbul edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ tərəfindən irəli sürülən qətnamə layihəsi təşkilatın Şurasında səsverməyə çıxarılıb.

Rusiya və Çinin bitərəf qaldığı iclasda sənəd 13 lehinə səslə təsdiqlənib.

Qəbul edilmiş sənədə əsasən, "UNMISS"-in mandatı 30 aprel 2027-ci ilə qədər uzadılıb. Bu dövr ərzində missiya mülki əhalinin qorunması, humanitar yardımların çatdırılmasının asanlaşdırılması və sülh prosesinin dəstəklənməsi kimi mühüm vəzifələri icra edəcək. Həmçinin, insan hüquqları və humanitar hüquq pozuntularının monitorinqi də diqqət mərkəzində saxlanılacaq.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…