Birləşmiş Millətlər Təşkilatı Sudanda münaqişə başlayandan bəri 2,8 milyon insanın didərgin düşdüyünü açıqlayıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici mediaya istinadən xəbər verir ki, Birləşmiş Millətlər Humanitar Məsələlərin Koordinasiya Ofisi (OCHA) Sudanda münaqişənin başladığı 15 apreldən bəri topladıqları məlumatları paylaşıb.
Yazılı açıqlamada Sudanda son 11 həftədə 15 humanitar yardım işçisinin həyatını itirdiyi bildirilib.
Sudanda 2,8 milyon insanın didərgin düşdüyünə diqqət çəkən bəyanatda 2,2 milyon insanın məcburi köçkün olduğu, 615 min insanın isə qonşu ölkələrə köç etdiyi bildirilib.
Açıqlamada bütün çətinliklərə baxmayaraq, 2,5 milyondan çox insana xilasedici yardımın çatdırıldığı bildirilib.
Yerli hakimiyyət orqanları Sudanda can itkisinin 1133-ə çatdığı, 11 min 796 nəfərin yaralandığı haqqında məlumat verib.