“PSJ”nin baş məşqçisi Luis Enrike Uorren Zair-Emerinin Fransa çempionatının 12-ci turunda “Loryan”a qarşı oyuna start heyətində başlayacağını təsdiqləyib. Bu qarşılaşma yarımmüdafiəçi üçün Paris klubunun heyətində 200-cü oyun olacaq.
Enrike futbolçunu xüsusi oyunçu adlandırıb və onun klubun akademiyasının yetirməsi olduğunu bildirib. Məşqçinin sözlərinə görə, Zair-Emeri həm meydanda, həm də meydandan kənarda yaxşı keyfiyyətlərə malikdir və hər oyunda meydana çıxmaq istəyir. Enrike onun komanda üçün vacib oyunçu olduğunu da vurğulayıb.
“PSJ” – “Loryan” matçı noyabrın 28-də, şənbə günü keçiriləcək. Qarşılaşma Bakı vaxtı ilə saat 23:45-də başlayacaq. Enrikenin fikirləri “PSJ”nin rəsmi saytında dərc olunub.