Kilian Mbappenin qardaşı, 19 yaşlı fransalı yarımmüdafiəçi Ethan Mbappe “Lill”lə müqaviləsini 2029-cu ilədək uzadıb. Futbolçu yeni anlaşma barədə fikirlərini bölüşüb.
“Müqavilənin uzadılması mənim üçün böyük məmnunluq və qürur mənbəyidir. “Lill”də yoluma davam edəcəyim üçün çox şadam. Ümid edirəm, bizi yaxın vaxtlarda “Bavariya” ilə keçirdiyimiz oyundakı kimi daha çox xoş an gözləyir”, – deyə Ethan Mbappe bildirib.
Yarımmüdafiəçi ona daim dəstək göstərdiyinə və zədələri zamanı da diqqətdən kənarda qoymadığına görə kluba təşəkkür edib. O, “Lill”də özünü rahat hiss etdiyini və inkişafı üçün yaxşı şərait yaradıldığını söyləyib.
Ethan Mbappe klubda böyümək və tərəqqi etmək niyyətində olduğunu, həmçinin “Lill”lə birlikdə kuboklar qazanmağa ümid etdiyini qeyd edib. Futbolçunun açıqlamasını klubun mətbuat xidməti yayıb.