“PSJ”nin baş məşqçisi Luis Enrike Çempionlar Liqasının ümumi mərhələsinin 5-ci turunda “Roma” ilə 2:2 hesablı heç-heçədən sonra rəqib komandanın perspektivləri barədə danışıb. Onun sözlərini Romapress yayıb.
“Gəlin, “PSJ” haqqında yox, “Roma”nın gələcəyi barədə danışaq. “Roma”nın perspektivləri çox yaxşıdır. Onlar Skudetto qazana bilərlər. Çempionlar Liqasında ilk 24-lükdə yer ala biləcəklərinə şübhəm yoxdur. Buna ümid edirəm və onlarla yenidən qarşılaşmaq istəməzdim. Bəlkə də yalnız finalda…”, – Enrike qarışıq zonada deyib.
Parisdə keçirilən oyunda “Roma” 5-ci dəqiqədə Mario Hermosonun qolu ilə önə keçib. 31-ci dəqiqədə İlya Zabarni hesabı bərabərləşdirib, Usman Dembele 62-ci dəqiqədə “PSJ”ni irəli çıxarıb, Donyell Malen isə 78-ci dəqiqədə yekun hesabı müəyyənləşdirib.
Çempionlar Liqasının ümumi mərhələsinin 6-cı turunda “PSJ” dekabrın 8-də səfərdə “Aston Villa” ilə, “Roma” isə həmin gün öz meydanında “Sportinq”lə qarşılaşacaq.