PSJ Çempionlar Liqasının ümumi mərhələsinin 5-ci turunda “Roma” ilə ev oyununda qalib gələ bilməyib. Parisdəki “Park de Prens” stadionunda keçirilən görüş 2:2 hesabı ilə başa çatıb.
Hesabı 5-ci dəqiqədə “Roma”nın müdafiəçisi Mario Ermoso açıb. PSJ-nin müdafiəçisi İlya Zabarni 31-ci dəqiqədə tarazlığı bərpa edib. Usman Dembele 62-ci dəqiqədə penaltini dəqiq yerinə yetirərək meydan sahiblərini önə çıxarıb, Doniell Malen isə 78-ci dəqiqədə “Roma”nın ikinci qolunu vurub.
PSJ-nin qapıçısı Matvey Safonov görüşün bütün 90 dəqiqəsini oynayıb, iki qol buraxıb və iki seyv edib.
Çempionlar Liqasının ümumi mərhələsinin 6-cı turunda PSJ dekabrın 8-də səfərdə “Aston Villa” ilə qarşılaşacaq. Həmin gün “Roma” öz meydanında “Sportinq”i qəbul edəcək.