PSJ-nin baş məşqçisi Luis Enrike komandasının Çempionlar Liqasının hazırkı mövsümündə favorit hesab olunmasına görə xüsusi təzyiq hiss edib-etmədiyi barədə danışıb. İspaniyalı mütəxəssis Paris klubunun favorit olduğunu deyən şəxslə rastlaşmadığını bildirib.
“Favorit olmağımıza görə təzyiq? Mənə fərqi yoxdur. PSJ-nin favorit olduğunu deyən kimsəni görməmişəm. Bu oyun həlledici deyil, belə matçlar aprel ayında keçirilir. Hər oyunda qalib gəlməyə davam etmək və ən yaxşı oyunumuzu göstərmək istəyirik. Komandamızın özünəməxsus oyun üslubu və daim gördüyünüz futbolçu mentaliteti var. Rəqibin nəyə qadir olduğunu bilirik”, – Luis Enrikenin sözlərini RMC Sport yayıb.
PSJ bu mövsüm Çempionlar Liqasının liqa mərhələsində keçirdiyi hər üç oyunda qələbə qazanıb. Paris klubu “Slovan”ı 6:1, “Mançester Siti”ni 4:2, “Barselona”nı isə 4:2 hesabı ilə məğlub edib.