Misli Premyer Liqasının 13-cü turunun ikinci oyunu bu gün “Sabah Arena”da keçiriləcək. “Sabah” doğma meydanda “Araz-Naxçıvan”la qarşılaşacaq. Matç saat 19:00-da başlayacaq.
“Sabah” 24 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. Dörd xalı olan “Araz-Naxçıvan” isə 12-ci yerdədir.
Görüşü Vüqar Həsənli idarə edəcək. Ona Vüsal Məmmədov, Gülnurə Əkbərzadə və Əkbər Əhmədov kömək edəcəklər. VAR hakimi Əli Əliyev, AVAR hakimi Zeynal Zeynalov olacaq. Hakim-inspektor Orxan Məmmədov, AFFA nümayəndəsi isə Erkin Hüseynov təyin edilib.
Ötən gün “Şəfa” səfərdə “İmişli”ni 3:1, “Neftçi” isə evdə “Zirə”ni 1:0 hesabı ilə məğlub edib. Azərbaycan Premyer Liqasının 13-cü turuna sabah yekun vurulacaq.