Tərcümeyi-hal
Zibeydə Hacıyeva insan resursları sahəsində 19 ildən çox beynəlxalq təcrübəyə malikdir. 2005–2022-ci illərdə müxtəlif ölkələrdə fəaliyyət göstərən təşkilatlarda insan resursları funksiyasının inkişafı üzərində işləyib.
2022-ci ildə PAŞA Bankda insan resursları üzrə baş direktor kimi fəaliyyətə başlayıb, 1 may 2024-cü ildə baş insan resursları inzibatçısı təyin edilib. Bankda insan resursları, daxili kommunikasiyalar, idarəetmə, sağlamlıq, təhlükəsizlik və ətraf mühit (HSE) istiqamətlərinə, həmçinin Agile Mükəmməllik Mərkəzinin fəaliyyətinə rəhbərlik edir.
Təhsil
- Bakı Dövlət Universiteti, hüquq fakültəsi, bakalavr və magistr (fərqlənmə diplomu)
- Nottingham Trent Universiteti, kadrların idarəçiliyi, magistr
- Böyük Britaniyanın İnsan Resursları İnstitutunun (CIPD) üzvü