Əsas məzmuna keç
Anar Həsənov

Anar Həsənov

İdarə Heyətinin sədri

Yelo Bank

Mənbə: yelo.az · yoxlanılıb 08.09.2026

Tərcümeyi-hal

Anar Çingiz oğlu Həsənov bankir karyerasına 2002-ci ildə AccessBank-ın yaradıldığı vaxtdan başlayıb və bu bankda 18 ildən artıq çalışıb. Mikro, kiçik və orta sahibkarlıq və pərakəndə biznes sahələrində müxtəlif idarəedici vəzifələr tutub, 2007-ci ildən AccessBank-ın İdarə Heyətinə daxil olub, 2018-ci ilin iyunundan isə həmin bankın İdarə Heyətinin sədri olub.

Yelo Bank-ın Müşahidə Şurasının 2020-ci il dekabrın 22-də açıqlanan qərarı ilə bankın İdarə Heyətinin sədri təyin edilib və 2021-ci il yanvarın 5-dən vəzifəsinin icrasına başlayıb. Bu vəzifədə 2020-ci ilin oktyabrında bankdakı fəaliyyətini dayandırmış Nikoloz Şurgaianı əvəz edib.

Səhv görürsünüz? Redaksiyaya yazın