Əsas məzmuna keç
Marina Kulişova

Marina Kulişova

Müşahidə Şurasının sədri

Yelo Bank

Mənbə: yelo.az · yoxlanılıb 29.09.2026

Tərcümeyi-hal

Marina Kulişova Bakı şəhərində anadan olub, Azərbaycan Respublikasının vətəndaşıdır.

İnvestisiyaların idarə edilməsi, strateji inkişaf və konsaltinq sahəsində 20 ildən çox təcrübəsi var. Avropa İttifaqı, Türkiyə və Azərbaycanda investisiya konsaltinqi və daşınmaz əmlaka sərmayə üzrə ixtisaslaşmış bir sıra beynəlxalq investisiya idarəetmə şirkətlərinin təsisçisi və səhmdarıdır.

2008-ci ildən Yelo Bankın Müşahidə Şurasının üzvü, 2016-cı ildən Müşahidə Şurasının sədridir; bankın Mükafatlandırma Komitəsinə də sədrlik edir. Bankın 2022-ci ilin avqustunda yaydığı məlumata görə, onun bankın nizamnamə kapitalındakı payı 98,91%-ə çatıb.

İngilis, fransız və rus dillərini bilir.

Səhv görürsünüz? Redaksiyaya yazın

Təhsil

  • Qərb Universiteti (indiki Qərbi Kaspi Universiteti), makro və mikroiqtisadiyyat fakültəsi, bakalavr
  • Nottingham Trent Universiteti (İngiltərə), biznes, bakalavr və magistr