Əsas məzmuna keç
Günay Cəlilova

Günay Cəlilova

İdarə Heyəti sədrinin müavini

Yelo Bank

Mənbə: yelo.az · yoxlanılıb 29.09.2026

Tərcümeyi-hal

Günay Cəlilova AccessBank-da 14 il müxtəlif vəzifələrdə çalışıb, bunun 8 ilində filial müdiri olub. 2016–2019-cu illərdə marketinq, korporativ bankçılıq, satış və biznesin inkişafı departamentlərinin direktoru, 2019-cu ilin aprel–dekabr aylarında icraçı direktor kimi korporativ bankçılıq, marketinq və müştərilərlə əlaqə mərkəzinə nəzarət edib.

2020-ci ilin yanvarında İnkişaf İdarəsinin baş direktoru kimi Yelo Banka keçib. 2021-ci ilin yanvarında bankın İdarə Heyəti sədrinin müavini təyin olunub; təyinat zamanı brendin idarə edilməsi, insan resursları, müştəri təcrübəsi, CRM, inzibatlaşdırma və ödənişlər departamentləri onun kurasiyasında idi.

Səhv görürsünüz? Redaksiyaya yazın

Təhsil

  • Azərbaycan Dövlət İqtisad Universiteti, maliyyə və kredit ixtisası
  • Warwick Biznes Məktəbi (İngiltərə), Executive MBA