Tərcümeyi-hal
Quliyev Həsən Cəfər oğlu əmək fəaliyyətinə 2006-cı ildə başlayıb. “Bank of Baku” ASC-yə 2010-cu ildə Daxili Audit Departamentinin direktoru kimi qoşulub, sonra Risklərin İdarə Edilməsi Departamentinin direktoru təyin olunub.
2017-ci ilin martından bankın İdarə Heyətinin üzvü seçilib və eyni zamanda Baş Risk İnzibatçısı vəzifəsini yerinə yetirib. 2021-ci ildən İdarə Heyəti sədrinin birinci müavini kimi biznes istiqamətini kurasiya edib.
2024-cü ilin fevralında “Bank of Baku” ASC-nin İdarə Heyətinin sədri seçilib və bu vəzifədə Filiz Yunus Emrəni əvəz edib.
Təhsil
- Azərbaycan Dövlət İqtisad Universiteti (Xüsusi İstedadlar Qrupu), bakalavr
- Azərbaycan Dövlət İqtisad Universiteti, maliyyə üzrə MBA
- ADA Universiteti — Maastricht School of Management, EMBA