Operativ
Amid Qənbərov
Özəl sektor Rəhbər

Amid Qənbərov

İdarə Heyətinin sədri

AFB Bank ASC

08.09.2026 tarixində yoxlanılıb

Tərcümeyi-hal

Qənbərov Amid Mirzəyar oğlu 1982-ci il iyulun 3-də Bakı şəhərində anadan olub.

Karyerasının 19 ildən çoxunu “Bank of Baku” ASC-də keçirib. Bu müddətdə filial müdiri, 2018-ci ilin oktyabrından isə Partnyorlarla İş və Alternativ Satış Departamentinin direktoru vəzifəsində çalışıb. 2024-cü ildən “AFB Bank” ASC-nin Müşahidə Şurasının müstəqil üzvü olub.

Müşahidə Şurasının 2025-ci il mayın 2-də açıqlanan qərarı ilə “AFB Bank” ASC-nin İdarə Heyətinin sədri təyin olunub.

Təhsil

  • Azərbaycan Dövlət İqtisad Universiteti, “İqtisadiyyatın tənzimlənməsi” ixtisası, bakalavr, 2000-2004
  • Azərbaycan Dövlət İqtisad Universiteti, magistratura, 2004-2006

Oxşar profillər

Hamısına bax →