Əsas məzmuna keç
Selçuk Demir
Foto: Banker.az

Selçuk Demir

İdarə Heyətinin sədri

Ziraat Bank Azərbaycan

Mənbə: ziraatbank.az · yoxlanılıb 08.09.2026

Tərcümeyi-hal

Selçuk Demir 1966-cı ildə Türkiyənin Ərzurum şəhərində anadan olub. İqtisad elmləri doktorudur.

Bank karyerasına Türk Dənizçilik Bankında köməkçi mütəxəssis kimi başlayıb, sonra Türkiyə Əmlak Bankında mütəxəssis, şöbə müdiri və bölgə müdiri vəzifələrində çalışıb. 2001-ci ildə Ziraat Bank qrupuna qoşulub və işə Sinanoba filialının müdiri kimi başlayıb; sonrakı illərdə Cağaloğlu, Beyazıt, Beşiktaş, Taksim, İkitelli Ticari və Levent Ticari filiallarına rəhbərlik edib.

T.C. Ziraat Bankasında Pərakəndə Marketinq şöbəsinin müdiri, İstanbul Anadolu Bölgə Koordinatoru, Ankara Bölgə Koordinatoru və İstanbul 1-ci Bölgə müdiri vəzifələrini tutub. Hazırda “Ziraat Bank Azərbaycan” ASC-nin İdarə Heyətinin sədridir.

Səhv görürsünüz? Redaksiyaya yazın

Təhsil

  • Anadolu Universiteti, bakalavr, 1989
  • İstanbul Ticarət Universiteti, Beynəlxalq Bankçılıq və Maliyyə, magistr
  • İstanbul Universiteti, İqtisadiyyat fakültəsi, iqtisad elmləri doktoru