Əsas məzmuna keç
Mete Şamil Öztürk
Foto: Report.az

Mete Şamil Öztürk

İdarə Heyətinin sədri, baş direktor

Yapı Kredi Bank Azərbaycan

Mənbə: yapikredi.com.az · yoxlanılıb 08.09.2026

Tərcümeyi-hal

Mete Şamil Öztürk peşəkar karyerasına 1996-cı ildə “Dış Ticaret Bankası” A.Ş-də maliyyə analizi mütəxəssisi kimi başlayıb; maliyyə və bankçılıq sahəsində 25 ildən artıq təcrübəsi var. 1998-2001-ci illərdə eyni bankda kommersiya marketinq müdiri işləyib.

2001-2005-ci illərdə “Koç Bank” A.Ş-də kommersiya portfeli müdiri, 2005-2006-cı illərdə filial müdiri olub. 2006-2016-cı illərdə “Yapı ve Kredi Bankası” A.Ş-nin müxtəlif filiallarına rəhbərlik edib, 2016-2022-ci illərdə bankın Ege, Akdeniz, Beyoğlu və Haliç regionları üzrə Kommersiya Bankçılığı regional müdiri vəzifəsini tutub. Azərbaycana təyinatınadək “Yapı ve Kredi Bankası” A.Ş-də İstanbul Avropa Şimal Regionunun müdiri olub.

2025-ci ilin mayında “Yapı Kredi Bank Azərbaycan” QSC-nin İdarə Heyətinin sədri və Baş Direktoru təyin edilib.

Səhv görürsünüz? Redaksiyaya yazın

Təhsil

Bakalavr təhsilini Anadolu Universitetinin İqtisadiyyat və İnzibati Elmlər fakültəsində alıb.