Operativ
S
Özəl sektor Rəhbər

Selçuk Demir

İdarə Heyətinin sədri

Ziraat Bank Azərbaycan ASC

13.07.2026 tarixində yoxlanılıb

Profil

Tərcümeyi-hal

1966-cı ildə Ərzurumda anadan olub. 1989-cu ildə Anadolu Universitetində bakalavr pilləsi üzrə təhsilini başa vurduqdan sonra İstanbul Ticarət Universitetində Beynəlxalq Bankçılıq və Maliyyə ixtisası üzrə Magistr dərəcəsini və İstanbul Universiteti İqtisadiyyat Fakültəsində İqtisad elmləri doktoru dərəcəsi ilə tamamladı. Bank karyerasını Türk Dənizçilik Bankında köməkçi mütəxəssis olaraq başladı. Daha sonra Türkiyə Əmlak Bankında mütəxəssis, şöbə müdiri və bölgə müdiri vəzifələrində çalışdı. Ziraat Bank ailəsinə 2001-ci ildə qoşuldu. Burada iş həyatı 2001-ci ildə Sinanoba filial müdürü vəzifəsi ilə başladı və Cağaloğlu, Beyazıt, Beşiktaş, Taksim, İkitelli Ticari və Levent Ticari filial müdürü vəzifələri ilə davam etdi. "T.C. Ziraat Bankası"da Pərakəndə Marketinq şöbəsinin müdiri, İstanbul Anadolu Bölgə Koordinatoru, Ankara Bölgə Koordinatoru və son olaraq İstanbul 1-ci Bölgə müdiri vəzifələrində çalışıb. Hazırda "Ziraat Bank Azərbaycan" ASC-nin İdarə Heyəti sədri vəzifəsini davam etdirməkdədir.

Rövşən İbrahimov 1983-cü ildə Sumqayıt şəhərində anadan olub. 2004 ilində Azərbaycan Beynəlxalq Universiteti - İqtisadiyyatın Hüquqi Tənzimlənməsi fakültəsindən məzun olduqdan sonra təhsilinə 2007- 2010 illəri arasında Azərbaycan Dövlət İqtisad Universiteti - Maliyyə üzrə Magistr dərəcəsi ilə davam etmişdir. Əmək fəaliyyətinə 2006-cı ildə “Dəmirbank” ASC-də kredit mütəxəssisi olaraq başlamışdır. Sonrakı illərdə həmin bankda Baş Kredit Mütəxəssisi, Filial Müdiri, Şöbə müdiri və Kreditin Təhlili Departamenti Direktorunun müavini olaraq davam etmişdir. 2015-ci ildən etibarən “Ziraat bank Azərbaycan” ASC-də Kreditin Verilməsi və Monitorinqi Departamentinin Direktoru, 2019-cü ildən etibarən isə “Ziraat Bank Azərbaycan” ASC-də Əməliyyat Departamentinin Direktoru olaraq çalışmışdır. 18 İyun 2020-ci il tarixində "Ziraat Bank Azərbaycan" ASC-nin İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilmişdir.

Kataloqdan

Oxşar profillər

Hamısına bax