Məxfilik Siyasəti
Эта страница пока доступна только на азербайджанском языке.
Son yenilənmə tarixi: 20 oktyabr 2026
Operativ Məlumat Mərkəzi (bundan sonra "OMM", "biz" və ya "operativmm.az") istifadəçilərinin məxfiliyinə hörmət edir və şəxsi məlumatların qorunmasını prioritet hesab edir. Bu Məxfilik siyasəti operativmm.az veb-saytından (bundan sonra "Sayt") istifadə zamanı hansı məlumatların toplandığını, necə emal edildiyini, nə qədər saxlanıldığını və necə qorunduğunu izah edir.
Bu siyasət Azərbaycan Respublikasının "Fərdi məlumatlar haqqında" 11 may 2010-cu il tarixli, 998-IIIQ nömrəli Qanununa, "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Qanununa və "Media haqqında" 2022-ci il tarixli Qanununa uyğun hazırlanmışdır.
1. Toplanan məlumatlar
Saytda istifadəçi qeydiyyatı yoxdur, ad, e-poçt və ya telefon nömrəsi tələb olunmur. Aşağıdakı məlumatlar avtomatik və ya istifadəçinin öz seçimi ilə toplanır.
1.1. Avtomatik toplanan texniki məlumatlar
- IP ünvanı: server və Cloudflare jurnallarında təhlükəsizlik və texniki nasazlıqların araşdırılması üçün qısa müddət saxlanılır
- Brauzer növü və versiyası, əməliyyat sistemi
- Sayta daxil olma tarixi və vaxtı
- Baxılan səhifələr, keçid mənbəyi (referrer URL)
- Ekran ölçüsü və cihaz növü (mobil/masaüstü)
1.2. Analitika xidmətləri
- Google Analytics 4 (Google LLC) — səhifə baxışları, keçid mənbəyi, cihaz növü, təxmini ölkə və şəhər. Məlumat ABŞ-dakı serverlərdə emal olunur.
- Digitalks / Metrix.az — yerli auditoriya analitikası, səhifə baxışları.
1.3. Oxu vaxtının ölçülməsi
Saytın öz ölçmə sistemi səhifədə keçirilən vaxtı və baxılan səhifələrin sayını qeyd edir: təsadüfi seçilmiş sessiya kodu, gün, giriş səhifəsinin növü (xəbər, ana səhifə və s.), keçid mənbəyinin növü (məsələn, Google, Facebook, birbaşa), cihaz növü, ekran ölçüsü, oxunan səhifə sayı, saniyələr və saytın funksiyalarından (məsələn, OMM Bot) istifadə edilib-edilmədiyi. IP ünvanı, ad və ya başqa şəxsi məlumat yazılmır. Bu qeydlər 90 gündən sonra silinir.
1.4. OMM Bot (çatbot)
- Yazdığınız sual cavabın hazırlanması üçün Google Gemini xidmətinə göndərilir (bax: bölmə 6).
- Söhbətin davamı üçün son mesajlar 1 saat ərzində serverin müvəqqəti yaddaşında saxlanılır, sonra avtomatik silinir.
- Xidmətin keyfiyyətini yaxşılaşdırmaq üçün sualın mətni, dili, istifadə olunan alət və cavab müddəti 90 gün saxlanılır. Bu qeydlərdə IP ünvanı və brauzer məlumatı saxlanılmır.
OMM Bot-a ad, telefon nömrəsi, ünvan kimi şəxsi məlumat yazmamağınızı xahiş edirik.
1.5. Brauzer bildirişləri
Bildirişlərə (təcili xəbərlər, hava, bürc, kəsintilər və s.) abunə olsanız, brauzerinizin bildiriş ünvanı və şifrələmə açarları, seçdiyiniz dil, mövzular, bürc və kəsintilər üçün seçdiyiniz ən çox 3 ərazi saxlanılır. Bildirişlər brauzerinizin bildiriş xidməti (Google, Apple, Mozilla və s.) vasitəsilə çatdırılır. Abunəliyi brauzerin parametrlərindən istənilən an ləğv edə bilərsiniz. Bundan sonra bildiriş ünvanı işləmədiyi üçün qeyd silinir.
1.6. Şarj məntəqələri səhifəsi
- "Mənə yaxın" düyməsi brauzerin yer məlumatından yalnız cihazınızda, məntəqələri məsafəyə görə düzmək üçün istifadə edir. Yeriniz serverə göndərilmir.
- "Boşalanda xəbər ver" seçimi üçün brauzerin bildiriş ünvanı və seçdiyiniz məntəqə ən çox 3 saat saxlanılır, sonra silinir.
- "Səhv məlumat?" bildirişində məntəqə, xətanın növü və yazdığınız qeyd saxlanılır. IP ünvanı saxlanılmır, yalnız sui-istifadənin qarşısını almaq üçün ondan geri bərpa olunmayan qısa kod (hash) yazılır.
2. Kukilər və brauzer yaddaşı
- Sessiya kukisi — saytın bəzi funksiyalarının işləməsi üçün lazımdır. Şifrələnmiş formada saxlanılır, 24 saat istifadə olunmadıqda etibarsız olur. Xəbər səhifələrinin oxunması üçün sessiya yaradılmır.
- XSRF-TOKEN — saxta sorğulardan qorunma (CSRF) mexanizmi.
- Cloudflare kukiləri — təhlükəsizlik və performans məqsədilə.
- Analitika kukiləri — Google Analytics və Metrix.az tərəfindən statistik məlumatlar üçün.
- Brauzer yaddaşı (localStorage) — seçimləriniz yalnız cihazınızda saxlanılır: görünüş seçimləri, namaz vaxtları üçün şəhər, bürcünüz, seçilmiş şarj məntəqələri, bildiriş kartının bağlanması, saytın sınaq variantlarından hansının sizə göstərildiyi. Bu məlumatlar serverə göndərilmir.
Kukiləri və brauzer yaddaşını brauzerinizin parametrlərindən bloklamaq və ya silmək mümkündür.
3. Məlumatların istifadə məqsədləri
- Saytın düzgün işləməsinin və təhlükəsizliyinin təmin edilməsi
- Məzmunun və istifadəçi təcrübəsinin yaxşılaşdırılması
- Saytın auditoriyası haqqında statistik təhlil
- İstədiyiniz bildirişlərin göndərilməsi
- Texniki problemlərin aşkarlanması və həlli
- Qanunvericiliyin tələblərinin yerinə yetirilməsi
4. Məlumatların üçüncü tərəflərə ötürülməsi
Şəxsi məlumatlarınızı satmır və icarəyə vermirik. Məlumatlar yalnız aşağıdakı hallarda ötürülür:
- Analitika xidmətlərinə (bölmə 1.2)
- Hosting və CDN xidmətlərinə — Hetzner Online GmbH (serverlər Avropa İttifaqında) və Cloudflare, Inc. — saytın texniki işləməsi üçün
- Brauzerinizin bildiriş xidmətinə — yalnız abunə olduğunuz bildirişlər üçün
- Google Gemini xidmətinə — OMM Bot-a yazdığınız sualın mətni (bölmə 6)
- Qanunla müəyyən edilmiş hallarda dövlət orqanlarına — məhkəmə qərarı olduqda
5. Məlumatların qorunması
- HTTPS (SSL/TLS) şifrələmə protokolu
- Sessiya kukilərinin şifrələnmiş formada saxlanılması
- Cloudflare DDoS qorunması və WAF
- Müntəzəm təhlükəsizlik yeniləmələri
- Admin panelinə girişin məhdudlaşdırılması və girişlərin qeydiyyatı
6. Süni intellekt texnologiyalarının istifadəsi
Operativmm.az aşağıdakı süni intellekt (Sİ) xidmətlərindən istifadə edir:
- OpenAI (OpenAI, L.L.C., ABŞ) — xəbərlərin rus və ingilis dillərinə tərcüməsi, xəbər agentliklərinin lentlərindən gələn xəbərlərin yenidən yazılması, OMM Bot-un xəbər xülasələri, bürc mətnləri və rəsmi mənbələrdəki cədvəllərin (namaz təqvimi, kəsinti elanları) oxunması. Bu xidmətə yalnız redaksiyanın məzmunu və açıq mənbələrin mətni göndərilir, oxucu məlumatı göndərilmir.
- Anthropic (Anthropic PBC, ABŞ) — xəbər lentlərindən gələn xəbərlərin ilkin seçimi (hansının dərc olunmağa layiq olduğunun qiymətləndirilməsi). Yalnız mənbələrin başlıqları və qısa mətni göndərilir.
- Google Gemini (Google LLC, ABŞ) — OMM Bot-a yazılan sualın anlaşılması və qısa cavabın hazırlanması, redaktorlar üçün başlıq və mətn alətləri, foto arxivində axtarış. OMM Bot-dan istifadə etdikdə sualınızın mətni bu xidmətə göndərilir.
- Öz serverimizdə işləyən model — saytdaxili axtarışda məna üzrə axtarış. Axtarış sorğunuz üçüncü tərəfə göndərilmir.
Sİ ilə hazırlanan mətnlərə tətbiq olunan redaksiya qaydaları Redaksiya siyasətində təsvir edilib. Tərcümələrlə Azərbaycan dilindəki mətn arasında fərq olarsa, Azərbaycan dilindəki mətn əsas götürülür.
7. İstifadəçi hüquqları
"Fərdi məlumatlar haqqında" Qanunun 7-ci maddəsinə əsasən siz aşağıdakı hüquqlara maliksiniz:
- Haqqınızda hansı məlumatların toplandığı barədə məlumat almaq
- Natamam, köhnəlmiş və ya yanlış məlumatların düzəldilməsini və ya silinməsini tələb etmək
- Məlumatlarınızın emalına etiraz etmək
- Müvafiq dövlət orqanlarına şikayət etmək
8. Əlaqə
Məxfilik siyasəti ilə bağlı müraciətləriniz üçün:
- E-poçt: [email protected]
- Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Nəsibbəy Yusifbəyli küçəsi 116, 116A