Əsas məzmuna keç
Aydın Hüseynov

Aydın Hüseynov

İdarə Heyətinin sədri

Rabitəbank

Mənbə: rabitabank.com · yoxlanılıb 08.09.2026

Tərcümeyi-hal

Hüseynov Aydın Hüseyn oğlu 1979-cu il mayın 21-də Ağsu rayonunda anadan olub. Orta təhsilini Bakıdakı Fizika, Riyaziyyat və İnformatika Təmayüllü Respublika Liseyində alıb. Riyaziyyat üzrə fəlsəfə doktorudur; 2012-ci ildə Ali Attestasiya Komissiyası tərəfindən ona dosent elmi adı verilib.

2007-2008-ci illərdə Yapı Kredi Bank-ın Kreditlərin Təhlili Departamentində, 2008-2009-cu illərdə həmin bankın Fondların İdarə Edilməsi Departamentində mütəxəssis işləyib, paralel olaraq Yapı Kredi İnvest-də qiymətli kağızlar üzrə broker və diler kimi çalışıb. 2009-2012-ci illərdə TuranBank-ın Birja Əməliyyatları Şöbəsinin müdiri, 2012-2014-cü illərdə isə Risklərin İdarə Edilməsi Departamentinin direktoru olub.

2014-2017-ci illərdə Rabitəbank-da əvvəlcə risklərin idarə edilməsi, sonra satışın idarə olunması üzrə İdarə Heyəti sədrinin müavini vəzifəsini tutub. 2017-2019-cu illərdə AFB Bank-da İdarə Heyəti sədrinin birinci müavini və İdarə Heyəti sədri vəzifəsinin icraçısı olub. 2020-ci ilin iyul-oktyabr aylarında Azərsun Holdinqdə Müşahidə Şurası sədrinin bank və sığorta məsələləri üzrə müşaviri, eyni zamanda Azərbaycan Sənaye Bankının Müşahidə Şurasının üzvü kimi fəaliyyət göstərib.

Müşahidə Şurasının qərarı ilə 2021-ci il mayın 3-dən “Rabitəbank” ASC-nin İdarə Heyətinin sədridir. Bu vəzifədə Elçin Qədimovu əvəz edib.

Səhv görürsünüz? Redaksiyaya yazın

Təhsil

  • Egey Universiteti (Türkiyə), Tətbiqi riyaziyyat, bakalavr, 1996-2000
  • Ankara Universiteti, Tətbiqi riyaziyyat, magistr, 2000-2002
  • Ankara Universiteti, Tətbiqi riyaziyyat üzrə doktorantura, 2002-2005; riyaziyyat üzrə fəlsəfə doktoru
  • Bakı Dövlət Universiteti, Riyazi İqtisadiyyat kafedrası, elmlər doktoru üzrə təhsil, 2014-2019

Xəbərlərdə