Tərcümeyi-hal
Murad Süleymanov 2008–2011-ci illərdə Ernst & Young-ın Azərbaycandakı filialının Audit şöbəsində maliyyə auditoru işləyib, neft-qaz, istehsal və telekommunikasiya şirkətlərinin auditində iştirak edib.
2011-ci ilin oktyabrından “PAŞA Sığorta” ASC-də Maliyyə və MİS direktorunun müavini, maliyyə müdiri və İdarə Heyətinin üzvü olub; maliyyə, aktuari, investisiyaların idarə edilməsi, inzibati idarəetmə və satınalma, risklərin idarə edilməsi istiqamətlərinə kuratorluq edib. 2015–2017-ci illərdə “PAŞA Holding”in “Yüksək Potensiallı Liderlik” proqramında iştirak edib. 2019-cu ilin mayından “PAŞA Holding”də Qrup üzrə Maliyyə və İT departamentinin direktoru kimi mühasibat və vergi, satınalma, xəzinədarlıq, hesabatlılıq, büdcələmə və planlama, İT istiqamətlərinə rəhbərlik edib.
PAŞA Qrupunun müxtəlif şirkətlərində strategiya və büdcə, satınalma, investisiya və insan resursları komitələrinin, İnnovasiya Məşvərət Şurasının, “PAŞA Technology” MMC və “PAŞA Kapital” İŞ-in Müşahidə Şuralarının tərkibində olub.
21 iyul 2022-ci ildən “PAŞA Bank” ASC-nin İdarə Heyətinin üzvü və baş maliyyə inzibatçısıdır.
Təhsil
- 2007 — Azərbaycan Dövlət Neft Akademiyası, mühəndis iqtisadiyyatı və idarəetmə, bakalavr (fərqlənmə ilə)
- 2009 — Azərbaycan Dövlət Neft Akademiyası, mühəndis iqtisadiyyatı və idarəetmə, magistr (fərqlənmə ilə)