Əsas məzmuna keç
Bəhruz Nağıyev

Bəhruz Nağıyev

İdarə Heyəti sədrinin müavini

PAŞA Bank

Mənbə: pashabank.az · yoxlanılıb 29.09.2026

Tərcümeyi-hal

Bəhruz Nağıyev peşəkar fəaliyyətə 2009-cu ildə Corc Vaşinqton Universitetində maliyyə əməliyyatları üzrə koordinator kimi başlayıb. 2010-cu ildə Azərbaycana qayıdaraq “Aztexnika” şirkətində maliyyə və mühasibatlıq üzrə analitik işləyib.

2011-ci ildə xəzinədarlığa nəzarət üzrə mütəxəssis kimi PAŞA Banka keçib. 2013-cü ildə menecment informasiya sistemi və büdcə funksiyası üzrə ekspert, 2014-cü ildə Xəzinədarlıq və kapital bazarları departamentinin direktoru olub. Bankda mühasibatlıq, daxili və xarici hesabatlılıq, xəzinədarlıq və əməliyyatlar sahələrində təcrübə toplayıb. 29 mart 2018-ci ildə İdarə Heyətinin üzvü və baş maliyyə inzibatçısı təyin edilib.

21 iyul 2022-ci ildən PAŞA Bankın İdarə Heyəti sədrinin müavinidir; satış, biznes innovasiyaları və marketinq istiqamətlərinə rəhbərlik edir.

Səhv görürsünüz? Redaksiyaya yazın

Təhsil

  • 2008 — Corc Vaşinqton Universiteti, maliyyə sahəsində biznesin idarə edilməsi, bakalavr
  • 2020 — Kolumbiya Universiteti və London Ali Biznes Məktəbinin birgə proqramı, EMBA
  • London Ali Biznes Məktəbi, IE Madrid və Ashridge London Universitetinin “Yüksək rəhbərlik üçün liderlik” proqramları
  • CFA Level 1