Tərcümeyi-hal
Vasif Qasımov informasiya texnologiyaları sahəsində 20 ildən çox təcrübəyə malikdir. 2000–2006-cı illərdə QHT-lərdə, tikinti şirkətlərində, internet provayderlərində və digər biznes seqmentlərində İT mühəndisi işləyib.
2006-cı ildə mühəndis kimi “Azerfon” MMC-yə keçib və İnformasiya texnologiyaları xidmətləri üzrə direktor vəzifəsinədək yüksəlib. 2017-ci ildə İnformasiya təhlükəsizliyi direktoru kimi PAŞA Banka gəlib, 2018–2020-ci illərdə İnformasiya texnologiyaları xidmətləri departamentinin direktoru olub.
5 yanvar 2021-ci ildən PAŞA Bankın Təhlükəsizlik üzrə baş direktorudur.
Təhsil
- 1998–2002 — Milli Aviasiya Akademiyası, mühəndis-dispetçer ixtisası, bakalavr
- 2015 — IE Business School (İspaniya), biznes inzibatçılığı, magistr (MBA)