Tərcümeyi-hal
Pərvin Əhədzadə peşəkar fəaliyyətə 2003-cü ildə “ATA Bank” ASC-də başlayıb, sonra 9 il Azərbaycan Respublikasının Mərkəzi Bankında işləyib.
2015-ci ildə “PAŞA Holding”ə müşavir kimi keçib. 2015-ci ildən “Kapital Bank” ASC-nin, 2016-cı ildən “PAŞA Bank” ASC-nin Audit Komitəsinə sədrlik edib, 2020-ci ildən “PAŞA Holding”in Qrup üzrə Audit departamentinə rəhbərlik edib.
18 iyul 2023-cü ildən PAŞA Bankın İdarə Heyətinin üzvü və baş risk inzibatçısıdır.
Təhsil
- Azərbaycan Dövlət İqtisad Universiteti, bakalavr və magistr
- Oksford Universitetinin Saïd Business School-u, MBA