Əsas məzmuna keç

Zirehli maşın qəzaya uğradı: Külli miqdarda qızıl yoxa çıxıb

Zirehli maşın qəzaya uğradı: Külli miqdarda qızıl yoxa çıxıb

İzmir-İstanbul magistralında baş verən qəzadan sonra zirehli avtomobildəki qızıl külçələrin bir hissəsi itib.

en ru

Türkiyənin İzmir-İstanbul magistral yolunun Karacabey Canbaz mövqeyində Bursa şəhərinə qiymətli yük daşıyan zirehli ağır yol qəzasına uğrayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" “TRT Haber”ə istinadən xəbər verir ki, sürücünün idarəetməni itirməsi nəticəsində vasitəsi yol kənarındakı maneələrə çırpılıb.

Hadisə zamanı sürücü və avtomobildə olan daha iki nəfər xəsarət alıb. Hadisə yerinə dərhal jandarma və təcili tibbi yardım briqadaları cəlb olunub.

Qəzadan sonra aparılan yoxlamalar zamanı məlum olub ki, zirehli maşın bir zərgərlik mağazasına məxsus külli miqdarda nağd pul və qızıl daşıyırmış. Zərbənin təsirindən ətrafa səpələnən qiymətli əşyalar hüquq-mühafizə orqanları tərəfindən toplansa da, hər biri 1 kiloqram olan 11 ədəd qızıl külçənin çıxdığı məlum olub.

Həyata keçirilən intensiv axtarışlar nəticəsində həmin külçələrdən 3-ü avtomobilin daxilində gizli qalmış hissələrdə tapılıb. Qalan 8 kiloqram qızılın tapılması üçün jandarma qüvvələri ərazidə genişmiqyaslı əməliyyat başladılıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…