Ukrayna Prezidenti Volodimir Zelenski ukraynalıların nasizm üzərində qələbəyə mühüm töhfə verdiyini bildirib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, Zelenski bununla bağlı teleqram kanalında paylaşım edib.
Siyasətçi qeyd edib ki, 8 may Nasizm üzərində Qələbə və Anım Günüdür.
“Bu, bütün Avropanın XX əsrin ən dəhşətli müharibəsinin sonunu qeyd etdiyi gündür. Bu müharibədən sonra yalnız həqiqi sülh olmalı idi”, – deyə Zelenski vurğulayıb.
Ukrayna lideri milyonlarla ukraynalının “Anti-Hitler Koalisiyasının müxtəlif ordularının tərkibində” nasizmə qarşı döyüşdüyünü bildirib.
Onun sözlərinə görə, Ukrayna İkinci Dünya Müharibəsi zamanı ən ağır itkilərə məruz qalan ölkələrdən biri olub.