Ukrayna Prezidenti Volodimir Zelenskinin iyunun 25-26-da Polşaya səfər edəcəyi gözlənilir.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Polşanın “Rzeczpospolita” qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, Polşa Xarici İşlər Nazirliyi iyunun 16-da Kiyevdən Zelenskinin səfəri ilə bağlı rəsmi nota alıb.
Bildirilib ki, Ukrayna lideri Polşanın Qdansk şəhərində keçiriləcək Ukraynanın yenidən qurulmasına həsr olunmuş beynəlxalq konfransda iştirak edəcək.
Qəzet qeyd edir ki, səfər Ukrayna və Polşa arasında son vaxtlar yaranan fikir ayrılıqları fonunda baş tutur. Belə ki, Ukrayna Silahlı Qüvvələrinin bölmələrindən birinə “UPA qəhrəmanları”nın adının verilməsi iki ölkə arasında narazılığa səbəb olub.
Məlumata görə, bu səbəbdən Zelenskinin Polşaya səfərinin baş tutub-tutmayacağı bir müddət sual altında idi. Lakin son məlumatlar Ukrayna prezidentinin tədbirdə iştirak etmək niyyətində olduğunu göstərir.