Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Pakistan Qırmızı dəniz koalisiyasına qoşuldu

2 dəq
Paylaş:
Pakistan Qırmızı dəniz koalisiyasına qoşuldu

Pakistan və Ədən körfəzində gəmiçilik marşrutlarının təhlükəsizliyini təmin etmək məqsədilə Səudiyyə Ərəbistanının etdiyi dəniz koalisiyasına qoşulub.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, koalisiyanın yaradılması ilə bağlı qərar Ər-Riyadda 43 ölkə və Avropa İttifaqının yüksək səviyyəli nümayəndələrinin iştirakı ilə keçirilən görüşdən sonra elan olunub.

Məlumata görə, koalisiyaya rəhbərlik edəcək və qərargahına ev sahibliyi edəcək. İştirakçı dövlətlər bildiriblər ki, təşəbbüsün əsas məqsədi dəniz təhlükəsizliyini gücləndirmək, naviqasiya azadlığını qorumaq və ticarət marşrutlarının təhlükəsizliyini təmin etməkdir.

Bildirilib ki, Qırmızı dənizdə ticarət gəmilərinə qarşı həyata keçirilən hücumlar bir çox gəmi şirkətini marşrutlarını Afrika qitəsinin cənubundan keçirməyə məcbur edib. Bu isə yükdaşıma xərclərinin, sığorta haqlarının və çatdırılma müddətlərinin artmasına səbəb olub.

Qeyd olunub ki, Pakistan üçün Bab əl-Məndəb boğazı strateji əhəmiyyət daşıyır. Ölkənin Avropa, Şimali Afrika və Aralıq dənizi regionuna ixracı əsasən bu marşrut üzərindən həyata keçirilir.

Ekspertlərin fikrincə, koalisiyada iştirak Pakistanın dəniz təhlükəsizliyini gücləndirməklə yanaşı, "Gwadar" limanının və "Çin-Pakistan İqtisadi Dəhlizi"nin uzunmüddətli inkişafına da töhfə verəcək. Bundan əlavə, bu addımın Pakistan ilə Səudiyyə Ərəbistanı arasında strateji əməkdaşlığı daha da möhkəmləndirəcəyi bildirilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax