Əsas məzmuna keç

Zelenski Polşadakı konfransda iştirakdan imtina etdi: Səbəb bəlli oldu

Zelenski Polşadakı konfransda iştirakdan imtina etdi: Səbəb bəlli oldu

Ukrayna Prezidenti Volodimir Zelenski Polşanın Qdansk şəhərində keçiriləcək bərpa konfransına qatılmayacaq. Onu bu tədbirdə Baş nazir Yuliya Sviridenko təmsil edəcək.

en ru

Ukrayna Prezidenti Polşanın Qdansk şəhərində keçiriləcək Ukraynanın Bərpası Konfransında (URC-2026) iştirak etməyəcək.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, rəsmi məlumatlara əsasən, Ukrayna lideri tədbirə qatılmamaq qərarı verib. Konfransda Ukrayna nümayəndə heyətinə ölkənin Yuliya rəhbərlik edəcək.

Məlumata görə, Yuliya Sviridenko hesabında yaydığı açıqlamada Qdanskda keçiriləcək tədbirdə Ukrayna nümayəndə heyətinin fəaliyyətinə rəhbərlik edəcəyini bildirib. O qeyd edib ki, Ukrayna tərəfdaşları ilə əməkdaşlığı qarşılıqlı hörmət prinsipi əsasında qurmağa davam edir.

Bildirilib ki, Ukrayna Xarici İşlər Nazirliyinin nümayəndəsi Georgi Tixi bu qərarın siyasi gərginliyin və mümkün qalmaqalların qarşısının alınmasına xidmət etdiyini açıqlayıb.

Qeyd olunub ki, Kiyev və Varşava arasında münasibətlərin gərginləşməsinə səbəb olan hadisələr may ayının sonlarında başlayıb. Məlumata əsasən, Volodimir Zelenskinin Ukrayna Silahlı Qüvvələrinin bölmələrindən birinə Ukrayna Üsyançı Ordusunun (UPA) adının verilməsi ilə bağlı qərarı Polşada etirazla qarşılanıb.

Bildirilib ki, bundan sonra Polşa Prezidenti Karol Navrotski Zelenskini ölkənin ali dövlət mükafatı hesab olunan “Ağ Qartal” ordenindən məhrum edib. Həmin qərarın ardınca bir sıra ukraynalı siyasətçilər etiraz əlaməti olaraq Polşa dövlət mükafatlarından imtina etdiklərini bəyan ediblər.

Məlumata görə, Qdanskda keçiriləcək konfransda Polşa tərəfini prezident deyil, Donald Tusk təmsil edəcək.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…