Əsas məzmuna keç

Fransa-İspaniya sərhədində nəzarət gücləndirildi

Fransa-İspaniya sərhədində nəzarət gücləndirildi

Şimali Afrikadan Avropaya doğru başlayan kütləvi miqrasiya dalğası fonunda Fransa hökuməti təhlükəsizlik tədbirlərini artırmaq qərarına gəlib.

ru en

Fransa İspaniya ilə sərhəddə tədbirlərini artırmaq barədə qərar qəbul edib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, Fransanın naziri Laurent Nunez "X" sosial şəbəkəsindəki hesabında İspaniyanın Şimali Afrikadakı ərazisi olan Sebte (Ceuta) bölgəsində yaranmış vəziyyətlə bağlı açıqlama verib.

Nazir bildirib ki, İspaniya sərhədində nəzarətin dərhal gücləndirilməsi ilə bağlı göstəriş verib. Onun sözlərinə görə, sərhəd-keçid məntəqələrində təhlükəsizliyin təmin olunması üçün "Sərhədə Çevik Müdaxilə Qüvvələri" səfərbər edilib.

Məlumata görə, son günlər Mərakeşin Kastilyos qəsəbəsi sahillərindən Sebte istiqamətində qeyri-qanuni miqrasiya cəhdləri qeydə alınıb. 800-dən çox miqrantın üzərək sərhədi keçməyə çalışması bölgədə gərginliyi artırıb.

İspaniya hökumətinin məlumatına əsasən, son 24 saat ərzində Sebte şəhərinə daxil olan şəxslərin sayının 49 mini keçdiyi ehtimal olunur.

İspaniyanın Pedro Sançes isə baş verən hadisələrlə bağlı bütün dövlət resurslarının səfərbər edildiyini bildirib. Vəziyyətə etmək və təhlükəsizliyi bərpa etmək məqsədilə bölgəyə silahlı qüvvələrin yerləşdirilməsi barədə qərar qəbul edildiyi açıqlanıb.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…