Əsas məzmuna keç

İlham Əliyevdən futbolla bağlı - Sərəncam

İlham Əliyevdən futbolla bağlı - Sərəncam

Sərəncama əsasən, U-15 dünya çempionatı və festivalının Azərbaycanda layiqincə keçirilməsini təmin etmək məqsədilə müvafiq tədbirlərin əlaqələndirilməsi...

ru en

İlham Əliyev 15 yaşadək oğlanlar arasında futbol üzrə ilk və festivalının 2026-cı ildə Azərbaycanda keçirilməsi ilə əlaqədar tədbirlər haqqında Sərəncam imzalayıb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, Sərəncama əsasən, U-15 dünya çempionatı və festivalının Azərbaycanda layiqincə keçirilməsini təmin etmək məqsədilə müvafiq tədbirlərin əlaqələndirilməsi və zəruri məsələlərin həlli 20 yaşadək kişilər arasında futbol üzrə dünya çempionatının 2027-ci ildə Azərbaycanda keçirilməsi ilə əlaqədar Respublikası Prezidentinin 2025-ci il 15 dekabr tarixli Sərəncamı ilə yaradılmış Təşkilat Komitəsinə həvalə edilib.

Nazirlər Kabinetinə Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Qeyd edək ki, Futbol Federasiyaları Assosiasiyası (FIFA) Şurası Bürosu 2026-cı il iyunun 25-də 15 yaşadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalının (FIFA U-15 World Cup and Festival) bu il oktyabrın 22–31-də Azərbaycanda keçirilməsi barədə qərar qəbul edib.

İdman tarixində ilk dəfə keçiriləcək U-15 dünya çempionatı və festivalına Azərbaycanın ev sahibliyi etməsi ölkəmizin idman aləmində artan nüfuzunun daha da möhkəmlənməsinə, futbolun inkişafına və Azərbaycanın mötəbər yarışların təşkili sahəsində qazandığı təcrübənin zənginləşməsinə xidmət edəcək.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…