Əsas məzmuna keç

Pakistanda qar uçqunu, 10 nəfərdən xəbər yoxdur

Pakistanda qar uçqunu, 10 nəfərdən xəbər yoxdur

Broad Peak dağında baş verən təbii fəlakət zamanı Nirmal Purjanın rəhbərlik etdiyi beynəlxalq ekspedisiya qrupu itkin düşüb. Xilasetmə əməliyyatı davam edir.

ru en

Pakistanın Broad Peak dağında qar baş verib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Uçqun nəticəsində nepallı məşhur alpinist Nirmal Purjanın 10 nəfərlik ekspedisiya qrupundan xəbər alınmır.

Pakistan Alp Klubunun hesabında yayılan açıqlamada Nirmal Purjanın rəhbərlik etdiyi qrupun ABŞ, Çin, Oman və Nepal vətəndaşı olan alpinistlərdən ibarət olduğu bildirilib.

Alpinistlərin tapılması üçün Pakistan hökuməti ilə çərçivəsində bütün imkanların səfərbər edildiyi vurğulanıb.

Nirmal Purja bu ayın əvvəlində Pakistanın digər yüksək zirvələrindən olan Gasherbrum II dağına kifayət qədər oksigen ehtiyatı olmadan qalxaraq 8 min 35 metr yüksəklikdəki zirvəyə 57-ci çıxışını həyata keçirmişdi.

Purja dünyanın ən məşhur yüksək dağ alpinistlərindən biri hesab olunur və 8 min metrdən yüksək bütün 14 zirvəyə rekord müddətdə qalxması ilə tanınır.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…