Əsas məzmuna keç

Yaponiyada baş verən 7,1 bal gücündə zəlzələ: Ölənlərin sayı artır

Yaponiyada baş verən 7,1 bal gücündə zəlzələ: Ölənlərin sayı artır

Kumamoto prefekturasında baş verən güclü zəlzələ nəticəsində həyatını itirənlərin sayı 35-ə çatıb, xilasetmə işləri davam edir.

en ru

Yaponiyanın Kumamoto prefekturasında baş verən 7,1 bal gücündə zəlzələdə həyatını itirənlərin sayı 35 nəfərə çatıb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə dövlət televiziyası NHK məlumat yayıb.

Bildirilib ki, zəlzələdən sonra sağ qalanların tapılması üçün mühüm hesab olunan ilk 72 saat artıq başa çatsa da, axtarış-xilasetmə işləri davam etdirilir. Xüsusilə, Aeon Mall ticarət mərkəzi və Nippon Paper Industries zavodunun dağılmış hissələrində xilasedicilər intensiv fəaliyyət göstərirlər. Dağıntılar altından çıxarılan 6 yaralının vəziyyətinin ağır olduğu bildirilir.

Məlumata görə, nəticəsində bölgədə infrastruktur ciddi zərər görüb. Hazırda 80 min ev susuz, 4 min 500 ev isə elektrik enerjisiz qalıb. Səhiyyə Nazirliyinin açıqlamasına əsasən, 53 tibb müəssisəsində kommunal xidmətlərin verilməsində fasilələr yaranıb. Müvəqqəti sığınacaqlarda isə 9 mindən çox sakin yerləşdirilib.

Qeyd edək ki, Meteorologiya Agentliyi (JMA) iyulun 28-də yerli vaxtla saat 16:27-də Uki və Hikava rayonlarında 10 kilometr dərinlikdə 7,1 bal gücündə zəlzələnin baş verdiyini açıqlamışdı. Yeraltı təkanlar nəticəsində yollar və körpülər dağılıb, bir sıra ərazilərdə yanğınlar qeydə alınıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…