Əsas məzmuna keç

Yaponiya təbii fəlakətlərə qarşı “ikinci paytaxt” yaratmağa hazırlaşır

Yaponiya təbii fəlakətlərə qarşı “ikinci paytaxt” yaratmağa hazırlaşır

Yaponiya parlamentinin aşağı palatası fövqəladə hallarda dövlət idarəçiliyinin davamlılığını təmin edəcək ehtiyat paytaxtın yaradılması ilə bağlı qanun layihəsini təsdiqləyib.

en ru

hökuməti təbii fəlakətlər zamanı dövlət idarəçiliyinin fasiləsiz davam etməsi üçün paytaxtın müəyyənləşdirilməsi istiqamətində mühüm addım atıb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, "Kyodo News" agentliyinin məlumatına görə, ölkə parlamentinin Nümayəndələr Palatası fövqəladə vəziyyət zamanı dövlət funksiyalarını yerinə yetirəcək ehtiyat paytaxtın yaradılmasını nəzərdə tutan qanun layihəsini dəstəkləyib.

Məlumata əsasən, hakim Liberal Demokrat Partiyası (LDP) və koalisiya tərəfdaşı Yaponiya İnnovasiya Partiyasının (JIP) irəli sürdüyü təşəbbüs Baş nazirə ehtiyat paytaxtın seçilməsi səlahiyyəti verir.

Qanun layihəsinə görə, ehtiyat paytaxt müəyyən edilərkən regionun əhali sayı, iqtisadi potensialı və digər mühüm göstəricilər nəzərə alınacaq. Valiliklərin təqdim etdiyi müraciətlər hökumət tərəfindən qiymətləndirilərək ən uyğun namizəd seçiləcək.

Hakim partiyalar bildirirlər ki, yeni paytaxt üçün əsas meyarlardan biri təhlükəsizlikdir. Namizəd bölgə Tokio ilə eyni risklərinə, xüsusilə təhlükəsinə məruz qalmamalıdır.

Qeyd edək ki, LDP və JIP qanun layihəsinin parlamentin Məsləhətçilər Palatasında da qəbul edilərək cari sessiya başa çatmadan qüvvəyə minməsinə çalışırlar.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…