Əsas məzmuna keç

Zaxarova: ABŞ NATO müttəfiqlərindən "xərac" alır

Zaxarova: ABŞ NATO müttəfiqlərindən "xərac" alır

Rusiya XİN rəsmisi Mariya Zaxarova Vaşinqtonun alyansdan təhlükəsizlik ödənişi tələblərini pisləyib. Qrenlandiya hədəsi və digər şok iddiaların detalları xəbərimizdə.

en ru

müttəfiqlərindən sanki vassallar kimi “xərac” alır və eyni zamanda alyans daxilində özü təhdid yaradır.

"Operativ Məlumat Mərkəzi-OMM"xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.

Diplomat "Sputnik Radiosu"nda çıxışı zamanı qeyd edib ki, NATO ölkələri ABŞ-ın təhlükəsizlik təminatına görə ona müntəzəm şəkildə ödəniş edir. Onun sözlərinə görə, əvvəl bu münasibətlər bərabərlik prinsipi üzərində qurulsa da, indi vəziyyət dəyişib.

“İndi isə belə alınır ki, guya hamı bərabərdir, amma ABŞ digərlərindən bərabər tərəfdaş kimi yox, vassal kimi ödəniş tələb edir”, – deyə Zaxarova vurğulayıb.

O həmçinin diqqətə çatdırıb ki, ABŞ bir tərəfdən müttəfiqlərini qoruduğunu bildirir, digər tərəfdən isə onların maraqlarına zidd addımlar ata bilir.

“Bütün NATO üzvləri ABŞ-yə pul ödəyir, amma eyni zamanda ABŞ özü Qrenlandiyanı ələ keçirməklə hədələyir. Belə olan halda sual yaranır: onları kimdən qoruyur?” – deyə diplomat əlavə edib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…