Əsas məzmuna keç

Yeni səfir Bakıya gəliş tarixini rəsmən açıqladı

Yeni səfir Bakıya gəliş tarixini rəsmən açıqladı

ABŞ-ın Azərbaycandakı yeni səfiri diplomatik missiyasına nə vaxt başlayacaq? Diplomatın paytaxta səfəri və ölkəmizdəki fəaliyyəti ilə bağlı rəsmi məlumat.

en ru

Etyen Berxtold (Etienne Berchtold) Avstriyanın Azərbaycandakı yeni səfiri təyin edilib.

Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM”-ə Avstriyanın Bakıdakı səfirliyindən məlumat verilib.

"Etyen Berxtoldun avqustun sonunda Avstriyanın Azərbaycandakı diplomatik missiyasının rəhbəri vəzifəsinin icrasına başlayacağı gözlənilir", - səfirlikdən vurğulanıb.

Qeyd edilib ki, Azərbaycana təyin edilməzdən əvvəl Berxtold Avstriyanın Birləşmiş Ərəb Əmirliklərindəki səfiri vəzifəsində (2022-ci ilin avqustundan - red.) çalışıb.

O, daha əvvəl Avstriyanın Federal Kanslerliyində federal kanslerlər Karl Nehammer, Aleksandr Şallenberq və Sebastyan Kurtsun xarici və Avropa siyasəti məsələləri üzrə mətbuat katibi kimi işləyib.

E.Berxtold ixtisasca hüquqşünasdır.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…