Əsas məzmuna keç

Esmira Cəfərova etimadnaməsinin surətini Macarıstan XİN-ə təqdim edib

Esmira Cəfərova etimadnaməsinin surətini Macarıstan XİN-ə təqdim edib

Azərbaycanın Macarıstandakı yeni səfiri Esmira Cəfərova etimadnaməsinin surətini bu ölkənin Xarici İşlər Nazirliyinə (XİN) təqdim edib. Bu barədə...

en ru

Azərbaycanın Macarıstandakı yeni səfiri Esmira Cəfərova etimadnaməsinin surətini bu ölkənin Xarici İşlər Nazirliyinə (XİN) təqdim edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Azərbaycanın Budapeştdəki diplomatik missiyasının rəhbəri "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.

"Bu gün mən etimadnaməmin surətini Xarici İşlər Nazirliyinin Protokol şöbəsinin rəisi Mariann Syuçə (Mariann Szücs) təqdim etdim. Qonaqpərvərliyə görə təşəkkür edirəm!", - E.Cəfərova yazıb.

Esmira Cəfərova İlham Əliyevin 29 iyul tarixli Sərəncamı ilə Azərbaycanın Macarıstandakı səfiri təyin edilib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…