Əsas məzmuna keç

Hikmət Hacıyev Almaniya səfiri ilə görüşüb

Hikmət Hacıyev Almaniya səfiri ilə görüşüb

Azərbaycan və Almaniya ikitərəfli əməkdaşlığın inkişafı üçün geniş imkanlara malikdir. Bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident...

en ru

və ikitərəfli əməkdaşlığın inkişafı üçün geniş imkanlara malikdir.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin Almaniyanın Bakıdakı səfiri Dirk Lölke ilə görüşünün yekunlarına dair Almaniya səfirliyinin sosial şəbəkələrdəki paylaşımında bildirilib.

"İqtisadiyyat, təhsil, və təhlükəsizlik, eləcə də digər mühüm məsələlər Almaniyanın Azərbaycandakı səfiri Dirk Lölkenin dünən Prezidentin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə keçirdiyi tanışlıq görüşünün əsas mövzuları olub", - paylaşımda qeyd edilib.

Diplomatik missiyanın məlumatına görə, görüş zamanı hər iki tərəf Almaniya–Azərbaycan əməkdaşlığının geniş imkanlara malik olduğunu vurğulayıb.

"Açıq və konstruktiv fikir mübadiləsinə görə təşəkkür edirik", - paylaşımda qeyd olunub.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…