Əsas məzmuna keç

Yəməndə aviazərbələr nəticəsində 25 nəfər öldü

Yəməndə aviazərbələr nəticəsində 25 nəfər öldü

Yəmənin Ləhic əyalətinin Əl-Məkatira bölgəsində Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya avtobus və yük maşınlarına aviazərbələr endirib. Bununla...

en ru

Yəmənin Ləhic əyalətinin Əl-Məkatira bölgəsində Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya avtobus və yük maşınlarına aviazərbələr endirib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bildirilib ki, hadisə nəticəsində azı 25 nəfər həlak olub, daha 6 nəfər yaralanıb.

Zərbələrin hədəfi olan iki avtobusdan birində yanmış cəsədlərin hələ də qaldığını və onların kimliyini müəyyənləşdirməyin mümkün olmadığı qeyd olunub.

Vurğulanıb ki, ölən və yaralananların əksəriyyəti Təiz əyalətinə doğru hərəkət edən məcburi köçkünlərdir.

Husilərin sözçüsü Yəhya Səri bildirib ki, son 24 saat ərzində Səudiyyə Ərəbistanına məxsus hərbi təyyarələr F-15 qırıcılarından istifadə etməklə ölkənin paytaxtı Səna və Ləhic, Təiz, Hudeydə, Səədə və Həccə əyalətlərində mülki obyektlərə 67 və raket hücumu həyata keçirib.

"Səudiyyə düşməninin Hudeydə və Ləhicdə törətdiyi amansız cinayətlər cəzasız qalmayacaq və bunun nəticələri onlar üçün ağır olacaq", - o əlavə edib.

Husi rəsmisi həmçinin Ləhic əyalətinin sahillərində Səudiyyə Ərəbistanına məxsus "Wing Loong II" kəşfiyyat pilotsuz uçuş aparatının vurulduğunu bildirib.

Xatırladaq ki, bundan əvvəl Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya Hudeydə əyalətində telekommunikasiya şirkətinin binasına zərbə endirib və nəticədə ondan çox insan həlak olub.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…