Buxarestdə Ermənistanın Baş naziri Nikol Paşinyan və Rumıniya Prezidenti Nikuşor Dan arasında görüş olub.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı “Armenpress” məlumat yayıb.
Bildirilib ki, Ermənistanın Baş naziri ilə Rumıniya Prezidentinin təkbətək görüşündən sonra geniş tərkibdə görüş keçiriləcək.
Görüşün gündəliyinə Ermənistan-Rumıniya münasibətlərinin ardıcıl inkişaf perspektivləri, iqtisadi və mədəni sahələrdə əməkdaşlığın genişləndirilməsinə yönəlmiş məsələlər daxildir.
Həmçinin regional proseslər, sülh və sabitliyin möhkəmləndirilməsinə yönəlmiş addımlar müzakirə olunacaq.