Əsas məzmuna keç

"Flydubai" Təl-Əvivə uçuşları bərpa edir

"Flydubai" Təl-Əvivə uçuşları bərpa edir

Birləşmiş Ərəb Əmirliklərinin "Flydubai" aviaşirkəti Təl-Əvivə uçuşları bərpa edəcək. Bununla bağlı İsrailin nəqliyyat naziri Miri Regev açıqlama verib...

en ru

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

Birləşmiş Ərəb Əmirliklərinin "" aviaşirkəti Təl-Əvivə uçuşları bərpa edəcək.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı İsrailin naziri Miri Regev açıqlama verib.

O, uçuşların bərpa olunacağını İsrailin yüksəkvəzifəli təhlükəsizlik və Nəqliyyat Nazirliyi rəsmilərindən ibarət nümayəndə heyətinin Dubaydan qayıtmasından sonra təsdiqləyib.

Təl-Əviv və Dubay arasında uçuşların bərpası üçün təhlükəsizlik tədbirlərinin tətbiqi ilə bağlı BƏƏ-nin aviasiya qurumlarının nümayəndələri ilə danışıqlar aparıb.

İsrail Nəqliyyat Nazirliyi də məsələ ilə bağlı bəyanat yayıb.

"Bu gün nümayəndə heyəti insidentdən sonra şirkət tərəfindən atılan addımlar barədə Miri Regevi məlumatlandırıb. Nəticədə Regev təhlükəsizlik qurumlarının təsdiqini almaq şərti ilə Flydubai aviaşirkətinin uçuşları bərpa etməsinə icazə verib", - bəyanatında deyilir.

Bəyanatda aviaşirkətin təhlükəsizlik prosedurlarında hansı dəyişiklikləri etdiyi dəqiqləşdirilməyib.

Nazirlik əlavə edib Kİ, bu, İsrail və arasında hava əlaqələrinin bərpası və sərnişinlər üçün uçuş seçimlərinin genişləndirilməsi istiqamətində mühüm addımdır.

Qeyd edək ki, əvvəllər "Flydubai" Təl-Əvivdən gündəlik 10 reys həyata keçirirdi. "Flydubai" ilə bağlı insidentdən sonra İsrail ölkəyə uçuş həyata keçirən və ya ölkədən uçan xarici aviaşirkətlərin pilot və ekipaj üzvlərinin təhlükəsizliyinə nəzarətlə bağlı daha sərt tələblər tətbiq edib.

Təhlükəsizliklə bağlı problemlər səbəbindən İsrailin "El Al", "Arkia" və "Israir" aviaşirkətlərinin BƏƏ-yə uçuşlarının bərpası da təxirə salınıb. Nəticədə Etihad İsrail ilə BƏƏ arasında uçuşlar həyata keçirən yeganə aviaşirkət olaraq qalıb.

Xatırladaq ki, aviaşirkətin İsrailə uçuşları sentyabrın 30-da dayandırılmışdı. Buna səbəb Oman əsilli ikinci pilotun təyyarəni qəzaya uğratmağa cəhd etməsi olub. Lakin kapitan pilotun və bir neçə sərnişinin müdaxiləsi nəticəsində bu cəhdin qarşısı alınıb. Terror aktına cəhddən sonra İsraildə aviasiya təhlükəsizliyinə nəzarət sistemində çatışmazlıqların olduğu ilə bağlı ittihamlar səsləndirilib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…