Əsas məzmuna keç

Keçmiş nazirə məxsus olduğu deyilən milyonluq şirkətin əmlakı satışa ÇIXARILIR

Keçmiş nazirə məxsus olduğu deyilən milyonluq şirkətin əmlakı satışa ÇIXARILIR

Ləğv prosesində olan "Mingəçevir Texniki Rezin" ASC-yə məxsus qiymətləndirilmiş aktivlərin satışından əldə olunacaq gəlir səhmdarlar arasında payların...

en ru

Ləğv prosesində olan "Mingəçevir Texniki Rezin" ASC-yə məxsus qiymətləndirilmiş aktivlərin satışından əldə olunacaq gəlir səhmdarlar arasında payların faiz nisbətində bölüşdürüləcək.

“Operativ Məlumat Mərkəzi-OMM” ölkə.az-a istinadla xəbər verir ki, sözügedən məsələnin müzakirəsi üçün ASC-nin səhmdarları növbədənkənar toplantı keçirəcəklər.

Yığıncaqda həmçinin şirkətin səhmlərinin dövriyyədən çıxarılması və ləğvi də müzakirə ediləcək.

Şirkətin ləğvi ilə bağlı qərar cari ilin mayında ASC-nin səhmdarları tərəfindən verilib.

Qeyd edək ki, "Mingəçevir Texniki Rezin" ASC 2002-ci ildə dövlət qeydiyyatına alınıb və qanuni təmsilçisi Əskər Hüseyn oğlu Əskərovdur. Nizamnamə kapitalı 972 min 214 manat olan ASC-nin hüquqi ünvanı Mingəçevir şəhəri, Samux, ev 15-dir.

Mətbuatda "Mingəçevir Texniki Rezin" ASC-nin vaxtilə sabiq naziri Fərhad Əliyevin nəzarətində olduğu qeyd edilir.

2001-2005-ci illərdə nazir postunu tutan F. 2005-ci ildə həbs edilib, 2013-cü ildə isə azadlığa buraxılıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…