Əsas məzmuna keç

Yaponiyada keçirilən hərracda mavi tuna balığı rekord qiymətə satıldı

Yaponiyada keçirilən hərracda mavi tuna balığı rekord qiymətə satıldı

Yaponiyanın paytaxtında yerləşən Toyosu balıq bazarında keçirilən 2026-cı ilin ilk hərracında mavi üzgəcli tuna balığı 3,2 milyon dollara (təxminən 255...

ru

Tokioda keçirilən yeni il hərracında üzgəcli tuna rekord qiymətə satılıb.

“Operativ Məlumat Mərkəzi – OMM” NHK-yə istinadən xəbər verir ki, Yaponiyanın paytaxtında Toyosu bazarında keçirilən 2026-cı ilin ilk hərracında mavi üzgəcli tuna balığı 3,2 milyon dollara (təxminən 255 milyon rubl) alıcı tapıb.

Məlumata görə, rekord məbləğə satılan 243 kiloqramlıq tuna Aomori prefekturası sahillərində tutulub. Hərrac yanvarın 5-də baş tutub.

Hərracın qalibi olan məşhur suşi restoranları şəbəkəsinin prezidenti Kimura Kiyoşi bildirib: “Bu tuna balığını görəndə sadəcə yanından keçə bilmədim”.

O, qiymətin bir qədər gözlənilməz olduğunu etiraf etsə də, mümkün qədər çox insanın bu eksklüziv tuna balığının dadına baxmasını istədiyini vurğulayıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…